Avropa Komissiyasının sədri Jan-Klod Yunker ABŞ prezidenti Donald Trampa müzakirələrə səbəb olacaq hədiyyə bağışlayıb. Avropa Komissiyasının sədri Jan-Klod Yunker ABŞ prezidenti Donald Trampa müzakirələrə səbəb olacaq hədiyyə bağışlayıb.

Yunkerdən Trampa maraqlı hədiyyə

Avropa Komissiyasının sədri Jan-Klod Yunker ABŞ prezidenti Donald Trampa müzakirələrə səbəb olacaq hədiyyə bağışlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezident və sədr arasında aparılan ticarət danışıqlarından sonra Yunker Ağ Ev rəhbərinə hədiyyəsini təqdim edib. O, Trampa Lüksemburqda yerləşən əsgər məzarlığının fotosunu verib.

Komissiya sədrinin sözlərinə görə, həmin hərbi qəbiristanlıqda İkinci Dünya Müharibəsində komandan olan amerikalı general Corc Pattonun da məzarı var. Hədiyyənin arxa hissəsində isə: “Əziz Tramp, gəlin, ümumi tariximizi yada salaq” sözləri yazılıb.

AzNews.az