- Köhnə - Dünya
- 4 İyul 2013 18:15
- 4 825
50 Cent 5 il müddətinə həbs oluna bilər

Polisin məlumatına görə, 23 iyunda 37 yaşlı repçi ilə 3 il münasibətdə olduğu keçmiş sevgilisi və eyni zamanda uşağının anası arasında mübahisə düşüb. 50 Sent onunla qadının Los-Ancelesdəki evində görüşüb. Mübahisə zamanı musiqiçi evdəki əşyaları sındırmağa başladıqda, qadın qorxduğundan vanna otağına girərək qapını arxadan bağlayıb.
Lakin 50 Sent bununla dayanmayıb. O, vanna otağının qapısını sındırıb və ayağı ilə qadına zərbələr endirib. Nəticədə keçmiş sevgilisi bədən xəsarətləri alıb.
Polis vurulmuş ziyanı 7,1 min dollar dəyərləndirib.
Qadın onun bu hərəkətlərini cavabsız qoymayıb. O, Los-Anceles məhkəməsinə müraciət edərək populyar müğənninin cəzalandırılmasını tələb edib. Əgər musiqiçinin günahı sübuta yetirilərsə, onu 5 il həbs cəzası və 46 min dollar cərimə gözləyir.
Qeyd edək ki, 50 Sent ilk dəfə deyil məhkəmə qarşısında dayanacaq. O, əvvəllər müəllif hüquqlarını pozmaqda, zorlamaqda şübhəli şəxs qismində günahlandırılıb. Populyar musiqiçinin ən sevimli mövzuları narkotik və zorlamadır. Ona edilən qəsd zamanı 9 güllə yarası aldıqdan sonda sağ qaldı. Repçi bundan - 2005-də sonra özü haqqında çəkilən avtobioqrofik "Varlan, ya da öl" filmində özünü oynamışdı.
AzNews.az