- Köhnə - Dünya
- 9 İyul 2013 14:23
- 2 338
Cənubi Afrikada moldovalı ombudsmanla bağlı bəyanat yayıldı

Modern.az xəbər verir ki, bəyanatda Moldova Respublikasının parlament vəkili (ombudsman) Aureliya Qriqoriunun Ermənistanda keçirilən beynəlxalq konfransda bu ölkənin parlamentində çıxışı zamanı Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini və Xocalıda Azərbaycanlılara qarşı soyqırımı həyata keçirildiyini söylədiyi və bu fikirlərinə görə təhdidlərə, hədələrə və təzyiqlərə məruz qaldığı bildirilir.
Bəyanatın sonunda münaqişənin həlli ilə bağlı beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzünə qarşı qəti, güclü mövqedə dayanmağa və Moldova Ombudsmanına qarşı baş vermiş bu yolverilməz hadisəyə laqeyd qalmamağa, münasibət bildirməyə çağırılıb.
AzNews.az