“Guy Fawkes“ maskalarının taxılması qadağan edildi

Braziliyada təhlükəsizlik qüvvələri Papa Françisin gələn həftə Rio de-Janeyroda təşkil olunacaq ayinlə açılışını edəcəyi Katolik Dünya Gəncliyi günündə "Guy Fawkes" maskalarının taxılmasını qadağan edib.

FaktXəbər-in məlumatına görə, çərşənbə axşamı günü keçiriləcək tədbirə bir milyondan çox insanın iştirakı gözlənilir, 7 min əsgər isə mərasimin təhlükəsizliyini qoruyacaq.

Səlahiyyətlilər Papanın ziyarətinin iyun ayındakı etiraz aksiyalarına bənzər tədbirlərin yenidən fəallaşacağından narahatdırlar.

Qeyd edək ki, Braziliyadakı aksiyalar zamanı etirazçıların çoxu sözügedən maskalardan istifadə ediblər.

Təşkil ediləcək mərasimin təhlükəsizliyindən məsul olan general Xose Alberto da-Costa Abreu, şübhəli şəxslər və qrupların bölgəyə daxil olmayacağını söyləyib.//faktxeber.com//

AzNews.az