Tələbələr Bostondakı terrorla bağlı ittiham olundu

ABŞ-ın məhkəmə orqanları Qazaxıstanlı iki tələbəni Boston marafonunda törədilmiş terror aktının araşdırılmasında əngəl törətməkdə ittiham ediblər.

Trend RİA Novosti agentliyinə istinadən, bu barədə ABŞ-ın Massaçusets ştatının prokurorluğu cümə axşamı məlumat verib.

Azamat Tajayakov və Dias Kadırbaev hələ mayın əvvəlində saxlanılıblar. FTB-nin məlumatına görə, onlar öz yoldaşı, terror aktının icraçılardan biri ehtimal olunan, Cohar Tsarnayevin otağında dəlilləri məhv etməyə çalışıblar, RİA Novosti məlumat verir.

Tamerlan və Cohar Tsarnayev qardaşları aprelin 15-də Bostonda keçirilən xeyriyyə marafonunda terror aktının təşkilində ittiham olunurlar. Nəticədə üç nəfər həlak olub və 200 nəfər yaralanıb.

Cohar aprelin 20-də saxlanılıb, sonradan ona ittiham irəli sürülüb. Tamerlan aprelin 19-da polislə atışmada aldığı yaralardan dünyasını dəyişib.

AzNews.az