Toyda 27 nəfər həlak oldu

Yəmənin jənubunda yerləşən Taiz əyalətində baş vermiş daşqın zamanı toya gəlmiş 27 nəfər qonaq həlak olub.

Vadi Nahla bölgəsində baş vermiş daşqın toy kortecinin bir neçə avtomobilini aparıb. Həlak olanlar arasında qadın və uşaqlar var.

Qeyd edək ki, gəlini xilas etmək mümkün olub.

AzNews.az