Avropalı deputat arvadını öldürdüyünə görə tutulub

Polis vannada boğulmuş qadının intihar etməsi xəbərinə şübhə ilə yanaşıb
Hadisə Tanınmış Belçika siyasətçisi, "Ecolo" yaşıllar partiyasının banisi, Belçika parlamentinin nümayəndələr palatasının deputatı Bernar Vesfal bu gejə arvadını öldürmək ittihamı ilə tutulub.
ANS PRESS Belçika mətbuatına istinadən bildirir ki, Vesfal bir neçə günlüyə öz arvadı ilə sahil şəhəri Ostenddə oteldə qalıb. Cümə axşamı o, otelin administratoruna zəng edib bildirib ki, arvadı vannada boğulub. Hadisə yerinə gəlmiş xilasedicilər qadını özünə gətirməyə çalışıblar, amma nəticəsiz olub.

Polis qadının intihar etməsi xəbərinə şübhə ilə yanaşıb. Qonşu otaqlarda qalanlar da ərlə arvad arasında axşam çağlarında mübahisə yarandığını bildiriblər. Hazırda Bernar Vesfal ona təqdim ediləcək rəsmi ittihamı gözləyir.