- Köhnə - Dünya
- 25 Dekabr 2013 10:24
- 1 323
Ət embarqosu ABŞ-a 6 milyard dollar zərər vurdu

ABŞ-ın Moskvadakı səfiri Mişel McFaul, Rusiyanın tətbiq etdiyi ət embarqosunun ABŞ-a 5-6 milyard dollar zərər vurduğunu açıqlayıb.
AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya fevral ayında etibarən sağlamlıq baxımından tərkibində zərərli maddələr olduğunu iddia edərək ABŞ-dan mal və donuz əti idxalatını dayandırmışdı. Rus mətbuatına müsahibə verən ABŞ-ın Moskva səfiri Mişel McFaul iki ölkə arasındakı böhranına da toxunub.
"Qadağanın başladığı andan etibarən 5-6 milyard dollar itkimiz oldu. Və embarqo hələ də davam edir" - deyə səfir bildirib.
Elman
AzNews.az