Saakaşvili ABŞ-dan Maydana gəldi- Video

Bu gün Amerikadan Kiyevə dönən Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Maydanda çıxış edib.

"Axar.az"ın məlumatına görə, o, Rusiya hərbi hissələrinin Krıma girməsini Vladimir Putinin aqoniyası kimi səciyyələndirib. O bildirib ki, Ukrayna artıq birinci müharibədən qalıb çıxıb və Yanukoviç rejimini devrib: "Putin Ukrayna cəmiyyətini parçalamaq üçün əlindən gələn hər bir şeyi etdi, ancaq o, istəyinə nail olmadı. Siz işıqlı xalqsınız. O, sizi özünün imperiyasına təhlükə sayır. Putin sizin evlərə soxuldu, bu, onun aqoniyasıdır. Bu, həm də onun sonuncu şansıdır ki, istəyinə çatsın. Ancaq onun arzuları elə qəhrəman şəhər Kiyevin qapıları önündə puç olacaq. Mən bu dəqiqə hava limanından bura gəlmişəm, bildirim ki, bütün sivil dünya sizi dəstəkləyir. Rica edirəm, istəyinizdən geri çəkilməyin!"





AzNews.az