- Köhnə - Dünya
- 14 Mart 2014 22:43
- 2 253
Pakistanda terror aktı - 19 ölü

APA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, Peşəvərdə terrorçu-kamikadze polis maşınının yaxınlığında partlayıcı qurğunu işə salıb, nəticədə 9 nəfər ölüb.
Kvettada velosipeddə quraşdırılan bomba Pakistan təhlükəsizlik qüvvələrinin keçdiyi anda partladılıb, nəticədə 10 nəfər ölüb, 31 nəfər xəsarət alıb.
Terror aktlarına görə məsuliyyəti az tanınan "Əhrar-ul-Hind" təşkilatı öz üzərinə götürüb.
Qeyd edək ki, ötən həftə Pakistan hökuməti və taliblər arasında sülh danışıqları bərpa olunub.
AzNews.az