- Köhnə - Dünya
- 11 Avqust 2015 15:16
- 3 386
Axtarışda olan prokuror Ermənistana qaçdı

Türkiyədə hakimiyyət çevrilişinə cəhd etməkdə ittiham edilən prokuror məsuliyyətdən yayınmaq üçün Ermənistana qaçıb.
AzNews.az xəbər verir ki, Türkiyənin Artvin vilayətinin valisi Kamal Cirit, Bakırköy Baş Prokurorluğu tərəfindən "qanunsuz qruplaşma yaratmaq"da təqsirləndirilən keçmiş prokurorlar Zəkəriyya Öz ilə Cəlal Karanın Gürcüstan vasitəsiylə Ermənistana qaçdığını açıqlayıb.
Qeyd edək ki, prokurorlar "Ergenekon" cinayətində günahlandırılırlar.
AzNews.az