Əsədin daha bir təyyarəsi saxlanıldı

Türkiyədən sonra Suriyaya uçan yük təyyarəsi Bağdadda saxlanılıb. AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, təyyarəyə baxış keçirilib.

Təyyarədə hər hansı silah sursat aşkarlanmadığından buraxılıb. Saxlanılan və yoxlanılan təyyarənin İrana məxsus olduğu bildirilir.

Qeyd edək ki, bu ay ərzində 2 Suriya təyyarəsi Bağdadda saxlanılıb. Ehtimal edilir ki, Suriyaya daşınan silahlar İraq üzərindən keçməklə hökumət qüvvələrinə çatdırılır.

Sadiq Musa
AzNews.az