Bəhreyn İranla hava əlaqəsini dayandırdığını elan edib. Bəhreyn İranla hava əlaqəsini dayandırdığını elan edib.

Bəhreyn İranla hava əlaqəsini dayandırdı

Bəhreyn İranla hava əlaqəsini dayandırdığını elan edib.


AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Bəhreyn televiziyası məlumat yayıb.

Qeyd edək ki, yanvarın 4-də Bəhreyn İranla diplomatik əlaqələri kəsib.

Bundan öncə Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub.

Onu da əlavə edək ki, Bəhreyn İranla diplomatik əlaqələri kəsdiyini bəyan etdikdən sonra Birləşmiş Ərəb Əmirlikləri Tehranla diplomatik təmsilçilik səviyyəsini aşağı saldığını açıqlayıb.