Növbəti turun oyunlarına sabah start veriləcək. Növbəti turun oyunlarına sabah start veriləcək.
  • Fanat
  • 24 Yanvar 2019 13:36
  •  2 029

Teymur Rəcəbov Maqnus Karlsenlə qarşılaşacaq

Növbəti turun oyunlarına sabah start veriləcək.

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak etdikləri “Tata Steel Masters 2019” turnirində sabah on birinci turun oyunları keçiriləcək.

10 turun nəticəsinə görə, Teymur Rəcəbov 5 xalla 6-7-ci, Şəhriyar Məmmədyarov 4 xalla 12-13-cü yerləri bölüşürlər.

Şəhriyar Məmmədyarovu növbəti turda Santoş Viditlə qarşılaşma gözləyir. Digər təmsilçimiz Teymur Rəcəbov dünya şahmat tacının sahibi Maqnus Karlsenlə üz-üzə gələcək. Teymur Rəcəbovu ilk beşlikdən 1 pillə ayırır.

Dünya çempionu Maqnus Karlsen isə 7 xalla turnir cədvəlinin lideridir. Ondan yarım xal geridə olan Aniş Giri ikinci pillədə qərarlaşıb.

Bu gün şahmatçılar üçün istirahət günü olduğundan növbəti turun oyunlarına sabah start veriləcək.(AZƏRTAC)

© AzNews.az