- Fanat
- 6 Mart 2019 14:23
- 2 154
Alonso Formula 1 yürüşünə qayıtmağa hazırdır

"Mənim üçün 2019-cu ildə İndianapolisdə keçiriləcək yürüş prioritet olacaq".
2018-ci il mövsümündən sonra çıxışlarını başa vurmuş Formula 1 yarışları üzrə ikiqat dünya çempionu Fernando Alonso etiraf edib ki, yenidən yürüşlərdə iştirak edəcəyini istisna etmir.
İspan pilot yüksək səviyyəli komandada çıxış etmək şansı olacağı təqdirdə Formul 1-də iştirakına davam edə biləcəyini əlavə edib. “Marca” saytı pilotun aşağıdakı sözlərini sitat gətirib: “Planetin ən sürətli bolidlərinin olduğu Formula 1 yürüşlərindən ötrü həmişə darıxırsan. Bu səbəbdən düşünürəm ki, qələbə qazanmaq imkanı verəcək lider komandaların birində çıxış etmək şansı yarandığı təqdirdə həmişə “hə” demək lazımdır. Bununla yanaşı, mənim üçün 2019-cu ildə İndianapolisdə keçiriləcək yürüş prioritet olacaq. Bilirəm ki, bu yürüş “Üçlü tac” qazanmaq şansı verən ən mürəkkəb yarışlardan biridir”.(AZƏRTAC)
AzNews.az