- Fanat
- 9 Aprel 2019 08:31
- 1 279
Pele xəstəxanadan evə buraxıldı

O, xəstəxanada müalicəsini başa vurub
Braziliyalı əfsanəvi futbolçu Pele bir neçə gün əvvəl yerləşdirildiyi xəstəxanadan evə buraxılıb.
Bu barədə "Globo" bildirib.
Bir neçə gün əvvəl Peledə yoluxucu xəstəliyin ağırlaşması qeydə alınıb. Dünya futbolunun 87 illik əfsanəsinin yalnız bir böyrəyinin olması da narahatlığa səbəb olub. Bildirilir ki, o, xəstəxanada müalicəsini başa vurub.
Futbolçu bildirib ki, xəstəxanadan sonra evə yola düşəcək. Lakin o, tezliklə yenidən Parisə qayıda biləcəyinə ümid edir.
Qeyd edək ki, Pele bir neçə gün əvvəl Fransanın paytaxtında xəstəxanaya yerləşdirilib. O, PSJ-nin oyunçusu Kilian Mbappe ilə görüşdükdən sonra oteldən xəstəxanaya aparılıb. (Report)