Ruslan Qurbanov, Slavik Alxasov və Cabir Əmirli isə komandanı tərk ediblər Ruslan Qurbanov, Slavik Alxasov və Cabir Əmirli isə komandanı tərk ediblər
  • Fanat
  • 29 İyun 2020 19:43
  •  4 407

“Keşlə” 5 futbolçusunu göndərdi

Ruslan Qurbanov, Slavik Alxasov və Cabir Əmirli isə komandanı tərk ediblər

“Keşlə” beş futbolçu ilə yolları ayırıb.

AzNews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Əfran İsmayılov, Tural Bayramlı, Murad Ağayev, Lorenzo Frutos və Franko Floreslə bitən müqavilələr qarşılıqlı razılıq əsasında yenilənməyib.

Qeyd edək ki, buna qədər Vüsal İsgəndərli, Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Con Kamara və Miyusko Boyoviçlə müqavilə müddəti artırılıb, Tural Axundov və Şəhriyar Əliyev isə transfer olunublar.

Ruslan Qurbanov, Slavik Alxasov və Cabir Əmirli isə komandanı tərk ediblər.