Tovuz şəhərində beşmərtəbəli binada yanğın baş verib. Tovuz şəhərində beşmərtəbəli binada yanğın baş verib.

Tovuzda yanğın baş verdi

Tovuz şəhərində beşmərtəbəli binada yanğın baş verib.


AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Tovuz şəhərində beşmərtəbəli binanın 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan 2 otaqlı mənzilin mətbəxində mətbəx mebeli 10 kv.m sahədə yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib və aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.