Xaçmaz rayonunun Yalama kəndində yerləşən Molla Əhmədbaba ziyarətgahında yanğın baş verib. Xaçmaz rayonunun Yalama kəndində yerləşən Molla Əhmədbaba ziyarətgahında yanğın baş verib.

Ziyarətgah yandı - Xaçmazda

Xaçmaz rayonunun Yalama kəndində yerləşən Molla Əhmədbaba ziyarətgahında yanğın baş verib.


Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin Xudat bölməsinin bir yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülüb və daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Ümumilikdə bir otaqdan ibarət tikilinin 65 kvadratmetri yanıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

APA.az