Nazirliyə məxsus bina yandı

Müdafiə Sənayesi Nazirliyinə məxsus binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xəzər rayonunda Müdafiə Sənayesi Nazirliyinin balansında olan, ümumi sahəsi 1300 kv.m olan, hazırda fəaliyyət göstərməyən ikimərtəbəli poliklinika binasının 2-ci mərtəbəsində 2 otağın tavanı və taxta konstruksiyadan olan arakəsmə divarları 80 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az