Tovuz rayonunda döyülmə faktı qeydə alınıb. Tovuz rayonunda döyülmə faktı qeydə alınıb.

Tovuzda 75 yaşlı qadın döyüldü

Tovuz rayonunda döyülmə faktı qeydə alınıb.

AzNews.az “APA”a istinadən xəbər verir ki, rayonun Qandalar kənd sakini, 1942-ci il təvəllüdlü Orucova Xuraman Həsən qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın kənddə özünə məxsus otlaq sahəsinin başqası tərəfindən biçildiyini görüb etiraz etdiyi üçün döyülüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az