İsmayıllıda rayon mərkəzindən 35 km aralı Tubukənd kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 3 ha sahədə kol-kos yanıb İsmayıllıda rayon mərkəzindən 35 km aralı Tubukənd kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 3 ha sahədə kol-kos yanıb

İsmayıllı meşəsinə yanğın təhlükəsi

İsmayıllıda rayon mərkəzindən 35 km aralı Tubukənd kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 3 ha sahədə kol-kos yanıb




Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, meşə zolağı yanğından mühafizə olunub. Yanğın saat 20:28-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 35 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Zaqatala rayonu, Kəpənəkçi kəndində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli taxta konstruksiyalardan ibarət inzibati binanın yanar konstruksiyaları yanıb, ancaq bitişik mağaza yanğından mühafizə olunub. Yanğın saat 05:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Elnarə Əlosmanqızı
AzNews.az