Almaniyada iran əsilli reperin meyiti tapılıb

Almaniyanın Köln şəhərində populyar İran əsilli reper “Xatar”ın (əsl adı Civar Hacabi) meyiti aşkarlanıb.

Aznews.az xəbər verir ki, bu barədə “Far Out” nəşri məlumat yayıb.

Yerli KİV-in məlumatına görə, 43 yaşlı reperin ölüm səbəbi hələ açıqlanmasa da, musiqi ictimaiyyətinin nümayəndələri həmkarlarının ölümünü təsdiqləyiblər.

Hüquq-mühafizə orqanları ifaçının ölümü ilə bağlı araşdırmalara başlayıblar və hazırda hadisəyə üçüncü şəxslərin müdaxiləsinin mümkünlüyü istisna olunmur. İlkin məlumata görə, musiqiçinin bədənində zorakılıq izləri aşkarlanmayıb. Yekun nəticələr məhkəmə-tibbi ekspertizasından sonra açıqlanacaq.

Civar Hacabi 1981-ci ildə İranda anadan olub, lakin Almaniyada böyüyüb. O, musiqi karyerasına 2000-ci illərin sonunda başlayıb və 2008-ci ildə ilk albomunu buraxıb. Daha sonra öz musiqi leyblini yaradıb.

O, həyatı boyunca dəfələrlə hüquq-mühafizə orqanları ilə problemlər yaşayıb; 1,8 milyon avro dəyərində qızıl və zinət əşyaları ilə dolu avtomobilin qarətində adı hallanırdı.