- Qanundan kənarda
- 09:19
- 1 012
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Bosniya və Herseqovinadan ölkəyə ekstradisiya edilib

İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən şəxs Ədliyyə Nazirliyi tərəfindən Azərbaycana ekstradisiya edilib.
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bir sıra şəxslərlə qabaqcadan əlbir olub quldurluq edərək (Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi) zərərçəkmiş şəxsə məxsus 120 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə ittiham edilmiş Azərbaycan vətəndaşı Təhməzov Elçin Bayram oğlunun yeri Bosniya və Herseqovinada müəyyən olunaraq həbs edilib. Bu cinayət işi üzrə digər təqsirləndirilən şəxslərdən biri – Ramil Məmmədov artıq 13 iyun 2025-ci il tarixində Bosniya və Herseqovinadan Azərbaycana gətirilərək istintaq orqanına təhvil verilib.
Ədliyyə Nazirliyi tərəfindən müvafiq sorğu və tələb olunan sənədlər qarşı tərəfə təqdim olunub, habelə işçi danışıqlar aparılıb. Nəticədə həmin şəxslərin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Elçin Təhməzov nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Sarayevo şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Penitensiar xidmətin müvafiq istintaq təcridxanasına yerləşdirilib.