- Rusiya və İran
- 10:33
- 1 951
Pezeşkianı Azərbaycana səfərdən çəkindirirmişlər

İran Prezidenti Məsud Pezeşkianın Xankəndi səfəri ilə bağlı yeni açıqlamaları ölkə ictimaiyyətində maraq doğurub. O, dünən şəhərdə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitində iştirak edib və tədbirdə olan digər dövlət başçıları ilə ikitərəfli görüşlər keçirib.
İranın “Jamaran” portalının məlumatına görə, Pezeşkian vətənə döndükdən sonra səfərlə bağlı verdiyi açıqlamalarda səfərin təhlükəsizliyi məsələsinə də toxunub. Onun sözlərinə görə, səfər öncəsi ölkə daxilində bəzi şəxslər bu gedişin riskli ola biləcəyini bildiriblər: “Bəziləri bu səfərin təhlükəli olacağını, yolda müəyyən problemlərin yaşana biləcəyini deyirdi. Ancaq biz səfəri tam təhlükəsiz şəkildə başa vurduq və heç bir çətinliklə qarşılaşmadıq”.
Pezeşkian eyni zamanda Xankəndidə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla baş tutan görüşləri də müsbət qiymətləndirib. O bildirib ki, müzakirələr səmimi, dostyana və konstruktiv mühitdə keçib.
AzNews.az