- Paytaxt
- 20:00
- 1 248
Prezident Trampın xatirə hədiyyəsini ABŞ dövlət katibinin köməkçisinə göstərib
Prezident İlham Əliyev ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr ilə bu gün keçirilən görüş zamanı ona ABŞ Prezidenti Donald Tramp tərəfindən daha əvvəl təqdim edilmiş xatirə hədiyyəsini göstərib.
Aznews.az xəbər verir ki, bu, “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin qüvvəsinin dayandırılmasının uzadılması haqqında memorandumdur.
Qeyd edək ki, ABŞ Prezidenti tərəfindən imzalanmış həmin xatirə nüsxəsində Azərbaycan dövlət başçısına öz xətti ilə yazılaraq ünvanlanmış səmimi müraciət yer alıb.
Xatırladaq ki, ABŞ lideri öz şəxsi qeydi ilə müşayiət olunan “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin icrasının dayandırılmasına dair memorandumu xatirə hədiyyəsi kimi, Azərbaycan dövlət başçısına göndərib.
Azərbaycan Prezidenti xoş sözlərinə görə Donald Trampa təşəkkür edib.