“Qarabağ, can Qarabağ, ana yurdum!” - Prezident İlham Əliyevin Ağdama səfərindən səmimi görüntülər - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdamda Muğam Mərkəzinin açılış mərasimindən görüntülər paylaşılıb.

Aznews.az xəbər verir ki, görüntülərdə dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Muğam Mərkəzinin açılış mərasimindən sonra ictimaiyyət nümayəndələri ilə görüşüb söhbət ediblər. Sənətçilər “Qarabağ” mahnısını canlı ifa ediblər.