Zelenski Trampla yaxın günlərdə görüşlə bağlı razılığa gəlib

Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla Avropada G7 sammitində görüşlə bağlı razılığa gəldiklərini açıqlayıb.

Aznews.az xəbər verir ki, Zelenski bu barədə video müraciətində bildirib.

"Mən indicə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampla danışdım. Onu ad günü və ABŞ Ordusu Günü münasibətilə təbrik etdim. Biz uzun-uzadı və çox ətraflı danışdıq. Prezident Trampa, bütün ukraynalılara bir arzumuz var ki, nəhayət sülhə nail olaq. ABŞ prezidenti ilə görüşməklə bağlı razılaşdıq. Yaxın günlərdə Avropada G7 görüşləri keçiriləcək və əlbəttə ki, Ukrayna və müdafiəmiz, sülhə nail olmaq qabiliyyətimiz əsas mövzular arasında olacaq", - Zelenski əlavə edib.