- Siyasi müzakirə
- 02:24
- 1 345
Ermənistan seçkilərində Azərbaycan faktoru
Ermənistanda 7 iyun parlament seçkilərində N. Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsi Cənubi Qafqaz üçün hansı siyasi nəticələr vəd edir?
Əvvəlcədən də, Seçkilər faktiki olaraq Ermənistanın gələcək geosiyasi istiqaməti – sülh və Qərbə inteqrasiya xətti ilə Rusiya yönümlü siyasət arasında seçim kimi qiymətləndirilirdi.
“Cəmiyyətin İnkişafı Mərkəzi” İB-də uzun müddət sosioloji-tədqiqat və araşdırma ilə məşğul olan bir təşkilat olaraq bu prosesi yaxından izləyib və hazırki iqtidarın qələbə qazanacağı və Ermənistan cəmiyyətinin sağlam düşüncəli böyük hissəsinin artıq müharibədən, düşmənçilkdən, şovinist şüarlardan, xam xəyallardan bezdiyini, onun qisasçılıq və nifrət deyil və sülh, mehriban qonşuluq və inkişafı seçəcəyini əvvəlcədən proqnozlaşdıraraq, bu barədə dəfələrlə mövqe bildirmişdir. Qeyd etmək lazımdır ki, şübhəszi ki, bu seçkilərin nəticələri mübagiləsiz desək, yalnız Ermənistan əhalisinin deyil regionun və hətta dünyanın qlobal siyasi mərkəzlərinin diqqət mərkəzində idi. Əslində, bu seçkilər Ermənistanın müstəqil dövlət olaraq tarixində həm ölkə, həm də regional baxımdan ən diqqəti çəkən, ən əlamətdar və dövlətlərarası münasibətlər baxımından həlledici və tarixi bir proses oldu.
Başqa sözlə desək, Ermənistanda keçirilən parlament seçkiləri təkcə ölkədaxili hakimiyyət uğrunda mübarizə deyil, həm də Cənubi Qafqazın gələcək siyasi arxitekturasına təsir edə biləcək mühüm hadisə kimi qiymətləndirilə bilər. hakim komandanın qələbəsi Ermənistanın daxili, regional və qlobal siyasətində bir sıra nəticələr vəd edir.
Şübhəsiz ki, bu prosesdə, bir ciddi məqamı xüsusi vurğulamağa ehtiyac var. Belə ki, bütün seçki prosesində Ermənistanda olan, hakimiyyət uğrunda mübarizə aparan bütün siyasi qüvvələrin təbliğat və təşviqat proqesində əsas faktor, əsas istinad nöqtəsi “Azərbaycan, onunla olan münasibətlər, ölkə Prezidenti İ. Əliyev,” oldu. Müşahidələr də sübut etdi ki, Azərbaycan faktorunun seçkilərdə rolu çox əhəmiyyətli idi və seçki kompaniyası dövründə Azərbaycan məsələsi daxili siyasi mübarizənin alətinə çevrilmişdi, hakimiyyət və müxalifət arasında əsas ideoloji fərqlərdən, siyasi çəkişmə seqmentlərindən birini təşkil edirdi, seçicilərin təhlükəsizliklə bağlı narahatlıqlarına təsir göstərirdi və nəhayət Ermənistanın gələcək xarici siyasət kursu ilə bağlı müzakirələrin mərkəzində dayanırdı.
Əgər əvvəlki illərdə Ermənistan seçkilərində Qarabağ məsələsi və milli emosiyalar dominant mövzu idisə, son dövrdə Azərbaycan faktoru daha çox "sülh, təhlükəsizlik və gələcək münasibətlər modeli" kontekstində müzakirə olunur. Bu isə göstərir ki, Azərbaycan-Ermənistan münasibətləri artıq təkcə xarici siyasət məsələsi deyil, həm də Ermənistanın daxili siyasi gündəmini formalaşdıran əsas amillərdən birinə çevrilib.
Başqa sözlə, seçki kampaniyasında Azərbaycan faktoru həm hakimiyyət, həm də müxalifət üçün mühüm siyasi resurs idi, lakin tərəflər ondan fərqli məqsədlərlə və fərqli siyasi mesajlar üçün istifadə edirdilər. Yeri gəlmişkən, Rusiya meylli qüvvələrin təbliğatının daha çox revanşist, düşmənçilik və qisasçılqı şüarları üzrəində qurulması diqqətdən qaçmadı.
Məhz bu məsələdə Azərbaycanın rolu həlledici amillərdən biri hesab olunduğu inkar olunmaz bir faktdır. Bu həm də yalnız bu günə qədər olan münasibətlərlə bağlı deyildi, bu həm də gələcəkdə qurula biləcək münasibətlərlə bağlı idi. Əslində, Ermənistandakı seçkilərin nəticəsi nə qədər vacib olsa da, regionda sülh və sabitliyin formalaşması böyük ölçüdə Bakı ilə İrəvan arasında münasibətlərin gələcək inkişafından asılıdır. Seçkilər Ermənistanda sülh gündəmini dəstəkləyən qüvvələrin mövqeyini gücləndirsə, Azərbaycanla danışıqların sürətlənməsi ehtimalı artır. Həm bu seçilərə,həm də Ermənisatnin gələcək daxili və xarci siyasətinə Azərbaycanın təsiri bir neçə istiqamətdə özünü göstərir.
1.Sülh prosesinin əsas tərəfi kimi- Azərbaycan son illərdə yekun sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və qarşılıqlı ərazi bütövlüyünün tanınmasını əsas şərtlər kimi irəli sürür. Ermənistan daxilində bu məsələlər ətrafında gedən müzakirələrdə Bakının mövqeyi mühüm təsir faktorudur.
2. Regional iqtisadi layihələrin əsas aktoru və hətta açarı kimi Azərbaycan faktoru danılmazdır.Nəqliyyat dəhlizləri, ticarət marşrutları və regional inteqrasiya layihələri Azərbaycanın iştirakı olmadan mümkün deyil. Buna görə də Ermənistanda hakimiyyətə gələn hər hansı qüvvə Bakı ilə münasibətləri nəzərə almağa məcburdur.
3. Ermənistanın daxili siyasətinə dolayı təsir - Ermənistanda müxtəlif siyasi qüvvələr Azərbaycanla münasibətlərə fərqli yanaşırlar. Paşinyan tərəfdarları daha çox normallaşma xəttini müdafiə edir, müxalifətin bir hissəsi isə daha sərt mövqe nümayiş etdirir. Bu səbəbdən Azərbaycanla münasibətlər Ermənistanın daxili siyasi gündəminin əsas mövzularından birinə çevrilib (əslində seçkiləırin nəticələrinə təsit edən əsas amillərdən biri də məzh bu oldu).
4. Yeni regional düzənin formalaşdırılması- 2020-ci ildən sonra yaranmış geosiyasi reallıqlar Azərbaycanın bölgədə siyasi və iqtisadi çəkisini artırıb. Türkiyə ilə strateji tərəfdaşlıq, enerji layihələri və tranzit imkanları Bakının regional təsirini daha da gücləndirib.
Bəs Azərbaycanın əsas maraqları və əsas gözləntiləri nədir?
Əlbəttə ki, Rəsmi Bakı ənənəvi olaraq digər dövlətlərin daxili siyasi proseslərinə müdaxilə etməmək prinsipinə hörmətlə yanaşır. Buna görə də Azərbaycan üçün əsas məsələ seçkinin qalibi deyil, seçkidən sonra formalaşacaq hökumətin, sülh prosesinə münasibəti, regional əməkdaşlığa hazırlığı və öhdəliklərin yerinə yetirilməsi istiqamətində siyasi iradəsidir.
1. Yekun sülh sazişinin imzalanması
Azərbaycanın prioritet məqsədi ən mühüm gözləntisi Ermənistanla münasibətlərin hüquqi əsasda normallaşdırılması və dövlətlərarası uzunmüddətli və hüquqi əsaslara söykənən sülh müqaviləsinin bağlanmasıdır. Bu, gələcəkdə hərbi qarşıdurma risklərini azaltmaq və regionda sabitliyi təmin etmək baxımından vacib hesab olunur. Bu yolda Ermənisatnın əvvəlcədən verdiyi vədlərin yerinə yetirlməsi də önəmlidir.
2. Ərazi bütövlüyünün qarşılıqlı tanınması
Bakı Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün birmənalı şəkildə tanınmasını strateji əhəmiyyətli məsələ hesab edir.
3. Erməistanda sabit və qərar qəbul edə bilən hakimiyyətin formalaşması
Bakı üçün Ermənistanda siyasi qeyri-sabitliyin dərinləşməsi və ya daxili böhranların yaranması arzuolunan ssenari deyil. Çünki sülh danışıqlarının nəticə verməsi üçün öhdəlikləri yerinə yetirə bilən legitim və sabit hökumətin mövcudluğu vacibdir.
3. Revanşist meyllərin zəifləməsi
Azərbaycan üçün Ermənistanda keçmiş münaqişə ritorikasını davam etdirən və qarşıdurma siyasətini müdafiə edən qüvvələrin güclənməməsi mühüm əhəmiyyət daşıyır. Bakı daha praqmatik və proqnozlaşdırılan siyasi tərəfdaşla işləməyə üstünlük verir. Bu mənada Bakı Ermənistan hələ də siyasi mühitində “at oynadan”, ölkənin daxili və xarici siyasi həyatına, dövlətlərarası müansibətlərə təsir etməyə çalışan, xüsusilə Azərbaycana qarşı cinayətlərdə birbaşa iştirak etmiş canilərin, terrorçuların, uşaq qatillərinin cəzalandırılması və ya onların Azərbaycan təhvil everilməsi ilə bağlı tələb haqqını özündə saxlaması başa düşüləndir. Bu istiqamətdə, həm də Qarabağ separatçılarının, bu cinayətkarların bütün tör-töküntülərinin rəsmi olaraq təmizlənməsi,ölkəmizə qarşı, həm daxildə, həm də xaricdə xaricdə aparılan bütün növ fəaliyyət, aparılan çirkin təbliğatın qarşısnın alınamsı üçün ciddi tədbilər görülməli, bütün maliyyələşdirmə, dəstək göstərilməsi dayandırılmalıdır..
4. Regional kommunikasiyaların açılması və iqtisadi əməkdaşlığın inkişafı
Nəqliyyat və ticarət əlaqələrinin bərpası, Şərq-Qərb və Şimal-Cənub marşrutlarının inkişafı Azərbaycanın iqtisadi və geostrateji maraqlarına uyğundur.
5. Xarici güclər arasında balansın qorunması
Azərbaycan Cənubi Qafqazın böyük güclərin geosiyasi rəqabət meydanına çevrilməsində maraqlı deyil. Bakı region problemlərinin əsasən regional dövlətlərin iştirakı ilə həll olunmasını dəstəkləyir və balanslaşdırılmış xarici siyasət yürüdür.
6. Yeni regional əməkdaşlıq modelinin formalaşdırılması
Azərbaycan Türkiyə, Gürcüstan və digər tərəfdaşlarla qurduğu əməkdaşlıq formatlarının gələcəkdə Ermənistanın da iştirak edə biləcəyi iqtisadi platformalara çevrilməsini mümkün hesab edir.
Yekun olaraq, Ermənistanda keçirlən seçkilərin nəticələrinin və formalaşacaq hökumətin, yeni idarətmə sisteminin Azərbaycan üçün strateji baxımdan ən əlverişli ssenarisi, sabit və legitim Ermənistan hakimiyyətinin formalaşması, separatçı, nasist və revanşist fəaliyyələrə son qoyulması, sülh müqaviləsi ilə bağlı verilən vədlərə əməl edilməsi və bu sazişin imzalanmasına imkan verən siyasi mühitin yaranması, Cənubi Qafqazın ziddiyyət, konflikt bölgəsindən əməkdaşlıq zonasına çevrilməsi ola bilər.
Əhməd ABBASBƏYLİ