- Hadisə
- 17:03
- 1 154
Ağdamda çobanlar arasında insident: Güllələdi, sonra özünə qəsd etdi
Ağdamda çoban həmyerlisini güllələdikdən sonra özünə qəsd edib.
Aznews.az xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Çullu kəndində qeydə alınıb.
İlkin məlumata əsasən, yeyib-içdikdən sonra çobanlar arasında yaranan mübahisə silahlı insidentə çevrilib.
1975-ci il təvəllüdlü Rövşən Şirinov, həmyerlisi 1979-cu il təvəllüdlü Elşad Gözəlov tərəfindən güllələnib. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Elşad Gözəlov isə sonradan özünə atəş açıb. O aldığı yaradan ölüb.
R.Şirinovun müalicəsi Ağdam Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.