Bakı şəhərinin Binəqədi rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib Bakı şəhərinin Binəqədi rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib

Bakıda avtobus qəza törətdi: ölən var

Bakı şəhərinin Binəqədi rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib



Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xocasən qəsəbəsi ərazisində, Lökbatana gedən yolda "Ford Tranzit" markalı sərnişin avtobusu 3 nəfəri vurub. Nəticədə piyadalar Lənkəran rayon sakini Elnur Şirəliyev, Pərviz İsmayılzadə və Astara sakini Kamran Ağayev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralılardan E.Şirəliyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

AzNews.az