- Köhnə - Hadisə
- 22 İyul 2013 08:27
- 5 688
25 yaşlı qız intihar etdi- Bakıda

Suraxanı rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi-57 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 25 yaşlı Sahilə Rzayeva özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
AzNews.az