Bakı- Sumqayıt- Quba yolu yararsız hala düşdü

Bir neçə il bundan öncə istifadəyə verilən Bakı-Sumqayıt-Quba yolu yararsız hala düşüb.

AzNews.az-ın "Sumqayitxeber.com"a istinadən verdiyi məlumata görə, ölkəmizdə ən böyük yol infrastruktur layihələrindən olan Bakı-Sumqayıt-Quba yolunun 30 ildən artıq istismar müddəti olduğu qeyd olunsa da, hazırda Qubadan Bakı istiqamətində hərəkət edərkən yolun yararsız vəziyyətdə olduğunu görmək mümkündür.

Artıq Siyəzən, Şabran və Xızı rayonu ərazisində yolun yenidən təmirinə də başlanılıb. Bu yola təqribən 600 milyon dollar vəsait xərclənildiyi bildirilir.

AzNews.az