“Əli Nağıyev hazırda işdədir“ - Yenilənib

"Əli Nağıyevin özü də, sürücüsü də hazırda işdədir".

Bunu APA-ya Baş Prokurorluqdan qurumun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyevin yol qəzasına düşməsi barədə xəbəri şərh edərkən bildiriblər.

Məlumata görə, dünən Ə. Nağıyevin sürücüsünün idarə etdiyi avtomobil Türkiyə səfirliyi qarşısında yüngül qəza törədib.

Qəza zamanı Ə. Nağıyev avtomobildə olmayıb. Onun sürücü də hadisə nəticəsində heç bir xəsarət almayıb.

Qeyd edək ki, qəzanın baş verməsi xəbərini APA-ya Nəsimi rayon Polis İdarəsi təsdiqləyib.

İlkin yayılan xəbərdə Ə. Nağıyevin hadisə nəticəsində xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.

APA yanlışlığa görə oxucularından və Ə. Nağıyevdən üzr istəyir.


***
11:09
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəis müavini yol qəzasına düşüb.

APA-nın məlumatına görə, hadisə ötən gün saat 17.00 radələrində Türkiyə səfirliyinin qarşısında qeydə alınıb. İçərisində Korrupsiyaya qarşı mübarizə idarəsinin rəis müavini Əli Nağıyevin olduğu "Toyota Camry" markalı maşın başqa bir avtomobillə toqquşub.

Qəza nəticəsində Ə. Nağıyev müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsindən APA-ya hadisəni təsdiqləsələr də, bu barədə əlavə açıqlama verilməyib.

Qeyd edək ki, Ə. Nağıyevin qəzaya düşdüyü maşın onun xidməti avtomobili olub.

Avtomobili isə sürücüsü idarə edib.

AzNews.az