- Köhnə - Hadisə
- 11 Oktyabr 2013 14:21
- 3 710
Səfirliyi partlatmaq istəyən İran vətəndaşına hökm oxundu
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, F. B. Həsən oğlu 15 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, İranın Xüsusi Xidmət Orqanının (ETTELAAT) əməkdaşı olan F. B. Həsənoğlu İsrailin Azərbaycandakı səfirliyini partlatmağa hazırlaşıb. Belə ki, F. B. Həsənoğlu ibtidai istintaq zamanı ifadəsində bildirib ki, 2006-cı ildə Bakıya köçüb. O, ifadəsində bildirib ki, ETTELAAT-la qorxduğu üçün əməkdaşlıq edib.
Təqsirləndirilən şəxs ifadəsində həmin təşkilatın Bakıdakı İsrail səfirliyinin binası qarşısında razıladırılmamış aksiyaların keçirilməsini təşkil etmək, səfirliyin əməkdaşlarına xəsarət yetirmək və binanı partlatmaq kimi tapşırıqlar aldığını bildirib.
Qeyd edək ki, Feyzi Bəhrəm Həsən oğlu Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq), 206-cı (qaçaqmalçılıq), 276-cı (casusluq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddələri ilə ittiham edilir.
AzNews.az