Həmcinslərini fahişəliyə cəlb edənlər saxlanıldı

Bakıda qadınları fahişəliyə cəlb edən qadınlar saxlanılıb.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Ayşən Əliyeva və Məlahət Hüseynova gəlir əldə etmək məqsədi ilə Bakı şəhəri Xətai rayonu ərazisindəki mənzillərində qadınları fahişəliyə cəlb etdiklərinə, Leyla Babayeva isə 2-ci Zabrat qəsəbəsi ərazisindəki kafedə əxlaqsızlıq yuvası təşkil etdiklərinə görə saxlanılıblar.


AzNews.az