DİN-dən dəhşətli qəza ilə bağlı Rəsmi məlumat

Daxili İşlər Nazirliyi Bakının Qaradağ rayonu ərazisində baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.


AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, noyabrın 29-da saat 22 radələrində Qaradağ rayonu Qobustan qəsəbəsinin ərazisində Astara rayon sakini Orucəli Fərzəliyevin idarə etdiyi "VAZ-2106" markalı və Bakı şəhər sakini Saday Babayevin idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub.

O.Fərzəliyevin sərnişinləri - qardaşı Oqtay, anası Zəkiyyə hadisə yerində ölüb.

Araşdırma aparılır.

AzNews.az