Hövsanda avtoqəza: ölən var


Suraxanı rayonu Hövsan qəsəbəsində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, dekabrın 23-də axşam saatlarında Rəşid Abbasovun idarə etdiyi VAZ "2107" markalı avtomobillə Əlhəsən Quliyevin idarə etdiyi VAZ "2106" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində Əlhəsən Quliyev aldığı xəsarətlərdən elə hadisə yerindəcə dünyasını dəyişib.

Avtomobildəki sərnişin Ağa Paşayev isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Tural Mustafayev
AzNews.az