Faciə günündə polislə jurnalistlər arasında qarşıdurma – FOTO



Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar "Ana fəryadı" abidəsinin qarşısında keçirilən mərasimdə xidmət aparan polis kütləvi informasiya vasitələrinin (KİV) əməkdaşlarının fəaliyyətinə mane olub.

AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, prezidentin abidəni ziyarət etməsindən sonra mərasimdən reportaj hazırlamaq istəyən jurnalistlər polisin sərt təpkisi ilə üzləşiblər. Belə ki, onlar KİV-in fəaliyyətinə süni şəkildə məhdudiyyət yaradıb. Sərt şəkildə, fiziki imkanlarından istifadə edərək, jurnalistləri ərazidən kənarlaşdıran polis əməkdaşları media nümayəndələrinin qanuni tələblərinə məhəl qoymayıblar. Həmçinin kobud şəkildə "Göstəriş var, buraxa bilmərik. Kimə istəyirsiniz şikayət edin" - deyərək, media nümayəndələrinin işini əngəlləyiblər.

Əhməd
AzNews.az
image description image description