Azərbaycanda cinsi azlıq ordudan tərxis edildi

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov hərbi hissədə monitorinq aparıb.

Elçin Behbudov APA-ya açıqlamasında deyib ki, Müdafiə Nazirliyinin Salyan rayonunun Xıdırlı kəndi ərazisində olan intizam xarakterli "N" saylı hərbi hissəsində keçirdiyi monitorinq zamanı orada 52 şəxsin saxlandığı məlum olub: "Həmin şəxslər əsasən fərariliyə görə ittiham olunan və hərbi xidmət zamanı əsgər yoldaşları ilə insident törətmiş şəxslərdir. Hərbi hissədə keçirilən monitorinq nəticəsində əsgərlər arasında işgəncə və qeyri-insan rəftarla bağlı müraciət edən olmadı. Eyni zamanda son illərdə ölüm halının qeydə alınmadığı məlum oldu. Hərbi hissədən bir əsgər cinsi azlığın nümayəndəsi olduğuna görə, tərxis edilib".

E. Behbudov, müdafiə naziri Zakir Həsənovun göstərişi ilə hərbi hissənin bu yaxınlarda əsaslı təmir olunacağını bildirib.

AzNews.az