Hacı Talehin müavininə həbs verildi - 30 sutka

Müsəlman Birliyi Hərəkatı adlı təşkilatın sədr müavini Elçin Qasımov barəsində məhkəmə qərarı çıxarılıb.


Vəkil Cavad Cavadov açıqlamasında bildirib ki, E. Qasımov bu gün Sabunçu Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 310-cu (polisə müqavimət) maddəsi ilə təqsirləndirilərək 30 gün müddətinə azadlıqdan məhrum edilib.

Vəkil həmçinin qeyd edib ki, E. Sadıqovla bərabər saxlanılan digər şəxslər barəsində də məhkəmə müxtəlif müddətlərə inzibati həbs qərarı çıxarıb.

Qeyd edək ki, ötən gecə Müsəlman Birliyi Hərəkatı adlı təşkilatın sədr müavini Elçin Qasımovun polis tərəfindən saxlanılmasına etiraz edən dindarlar Sabunçu RPİ-nin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına toplaşıblar. E. Qasımovun azad olunmasını tələb edən şəxslər polisin ərazidən uzaqlaşmaq barədə tələbinə məhəl qomayıblar. Nəticədə polislə dindarlar arasında qarşıdura olub. Bir neçə polis əməkdaşı xəsarət alıb, bir neçə dindar isə saxlanılıb.

APA.az