Türkiyəni təmsil edən Azərbaycan əsilli atlet Ramil Quliyev “Athletics Turkcell Super League” yarışında 100 metr məsafəni 9,97 saniyəyə qət edərək qızıl medala sahib çıxıb. Türkiyəni təmsil edən Azərbaycan əsilli atlet Ramil Quliyev “Athletics Turkcell Super League” yarışında 100 metr məsafəni 9,97 saniyəyə qət edərək qızıl medala sahib çıxıb.

Ramil Quliyev tarixi rekorda imza atdı - Video

Türkiyəni təmsil edən Azərbaycan əsilli atlet Ramil Quliyev “Athletics Turkcell Super League” yarışında 100 metr məsafəni 9,97 saniyəyə qət edərək qızıl medala sahib çıxıb.

AzNews.az Oxu.az-a istinadən xəbər verir ki, bununla da, o, tarixdə 100 metr məsafəni 10 saniyədən az müddətə qaçan ikinci ağdərili idmançı olub. Bu nəticəni əldə edən ilk ağdərili fransalı Kristofer Lemetr olmuşdu. O, 2010-cu ildə 100 metr məsafəni 9,98 saniyəyə qət edib, bir il sonra isə 9,92 saniyə ilə şəxsi rekordunu müəyyənləşdirib.

Qeyd edək ki, 27 yaşlı R.Quliyev Azərbaycan əsilli türk idmançısıdır. 2011-ci ildə vətəndaşlığını dəyişdikdən sonra onun bütün nəticələri Türkiyənin hesabına yazılır. Quliyev 60, 100, 200 və 300 metr məsafəyə qaçışda Azərbaycan və Türkiyədə rekordçusudur.