Azərbaycan Premyer Liqasında XII turun oyunları davam edir. Azərbaycan Premyer Liqasında XII turun oyunları davam edir.

“Neftçi”dən biabırçı məğlubiyyət

Azərbaycan Premyer Liqasında XII turun oyunları davam edir.



"Neftçi" çempionatın autsayderi "Rəvan"ı qəbul edib. İlk qol meydan sahiblərindən gəlsə də, qonaqlar 19 dəqiqə ərzində 3 ardıcıl qol (47, 50, 66`) vurmaqla oyunun taleyini dəyişiblər.

Sonuncu dəqiqədə Ruslan Qurbanovun dublu "Neftçi"nin təsəlli qolundan başqa bir şey olmayıb - 2:3. Bu, "Rəvan"ın cari mövsümdə ilk qələbəsidir.

12 oyundan sonra "Neftçi" 13 xalla 6-cı, "Rəvan" isə 5 xalla sonuncu - 10-cu pillədədir.

Trend.az