Millimiz qələbə qazandı- Yeniləndi

Yoldaşlıq oyunu başa çatdı. Azərbaycan 2:1 hesabı ilə qalib gəlir.


***
22:41

Millinin oyunçusu Ağabala Ramazanov 49-cu dəqiqədə oyundakı üçüncü qolu vurur. Hesab 2:1 Azərbaycanın xeyrinədir.

***
22:03

Moldova millisinin futbolçusu Aleksandr Antonyuk matçın 43-cü dəqiqəsində hesabı bərabərləşdirir. Oyun 1:1 hesablı bərabərliklə davam edir.

***
21:41

Oyunun 33-cü dəqiqəsində rəqib komandanın oyunçusu Katalin Karp Moldova qapısına qol vurdu. Hesab 1:0 Azərbaycanın xeyrinədir.

***
20:51

Bu gün Azərbaycan milli komandası 2015-ci ildə son matçına çıxır.

AzNews.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, yığmamız beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Moldova ilə qarşılaşacaq.

Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq. Matçı gürcüstanlı hakimlər briqadası idarə edəcək.

Artıq Azərbaycan millisinin start heyəti də bəllidir:

1. Səlahət Ağayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 21. Arif Daşdəmirov, 2. Qara Qarayev, 22. Əfran İsmayılov, 7. Rəhman Hacıyev, 19. Rahid Əmirquliyev, 9. Elvin Məmmədov, 10. Ruslan Qurbanov.