Tanınmış iş adamından ŞOK AÇIQLAMA - TƏFSİLAT

Məmmədzadə Sərraf, Babayeva Aysel, Qasımov Abbasın əməlləri Azərbaycan cinayət məcəlləsinin 192.1-ci maddəsində göstərilən cinayətin əlamətlərini təşkil edir

Tanınmış iş adamı Mürvət Həsənlinin facebook hesabında qısa bir hüquqi qiymətləndirmə ilə bağlı post paylaşıb.

AzNews.az həmin statusu olduğu kimi oxuyuculara təqdim edir :

“Əziz dostlar, qardaşlar, bacılar!
Mən hüquqşünas deyiləm, amma dostlar sağ olsun Azərbaycanın ən savadlı, hətta deyərdim ki, istedadlı hüquqşünaslarında ən azında 8-10 nəfər dostum var. Onlar da vətənsevər insanlardır, Vətənimizin, millətimizin talan olunub digər ölkələrə daşınıb, icarəyə vermək məqsədilə binalar alınmasına ürək ağrısı ilə baxırlar mənə də lazımı köməyi edirlər.
Amma bir də bu Vətənimizi, millətimizi talan edənlərə məsləhət verən “hüquqşünaslar,” var. Onlara mənim dostlarımın gələcək ittiham aktından bir abzas göstərərək, kimin himayədarlığını etdiklərini ilk və son dəfə bildirmək istəyirəm:
Məmmədzadə Sərraf, Babayeva Aysel, Qasımov Abbas, əvvəlcədən planlaşdırılmış şəkildə, 2009-2019 illərində, öz aralarında səlahiyyət və rolları bölüşdürərək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan,
CARLEX TECHNOLOGY,
SILVERFORD ENERGY LLP,
RİKAS EXPORT,
NORDWİND CORPORATİON
PETROLEUM TOOLS
şirkətləri adından, bu şirkətlərin atributlarından istifadə edərək, idarəetməsini Bakı şəhər Zərifə Əliyevə küçəsində yerləşən yaşayış sahəsində təşkil edərək, adı çəkilən şirkətlərin əmlakına sərəncam vermə hüququnu Məmmədzadə Sərraf öz ixtiyarında saxlayaraq, Azərbaycan Respublikasının ərazisində 111 müqavilə bağlamış və Azərbaycan Respublikası mənbələrindən 150 000 000 ABŞ dollarından artıq gəlir əldə etmişlər.
Beləliklə, Məmmədzadə Sərraf, Babayeva Aysel, Qasımov Abbasın əməlləri Azərbaycan cinayət məcəlləsinin 192.1-ci maddəsində göstərilən cinayətin əlamətlərini təşkil edir
Məmmədzadə Sərraf, Babayeva Aysel, Qasımov Abbas, əvvəlcədən planlaşdırılmış şəkildə, 2012-2020 illərində, Azərbaycan cinayət məcəlləsinin 192.1 maddəsində göstərilən cinayət yolu ilə qazanılmış pul vəsaitinə leqal şəkil vermək məqsədilə
Türkiyədə MATRİX GROUP ENERJİ MAKİNA GAYRIMENKUL PAZARLAMA VE TİCARET LİMİTED ŞİRKETİ qurmuş və cinayət yolu ilə qazanılmış pulları bəhsi gedən şirkətə ötürərək orada Türkiyədə 29 ədəd daşınmaz əmlak almışlar.
Beləliklə, Məmmədzadə Sərraf, Babayeva Aysel, Qasımov Abbas əməlləri Azərbaycan cinayət məcəlləsinin 193-1.3.2- ci maddəsində göstərilən cinayətin əlamətlərini təşkil edir.
Kimin bu qısa hüquqi qiymətləndirməyə etirazı var, yazışın”.