Terrorçular silahlı müqavimət göstəriblər Terrorçular silahlı müqavimət göstəriblər

İranda mütəşəkkil silahlı qruplaşma ləğv edildi

Terrorçular silahlı müqavimət göstəriblər

İran xüsusi xidmət orqanları 13 nəfərdən ibarət terrorçu qruplaşmanı ləğv edib.

“Fars news” agentliyi xəbər verir ki, qruplaşmanın üzvləri ötən il sentyabrın 22-də Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror aksiyasında iştirak ediblər. Əhvazda törədilən terror aksiyasında 30 nəfər, o cümlədən 1 körpə uşaq və 2 qadın qətlə yetirilib.

Xəbərdə bildirilib ki, silahlı qruplaşmanın izinə düşən xüsusi xidmət orqanlarının əməkdaşları onlara təslim olmağı təklif ediblər. Lakin terrorçular silahlı müqavimət göstəriblər. Nəticədə terrorçular zərərsizləşdiriliblər.(AZƏRTAC)

AzNews.az