İran XİN: “Tehran yenə də ABŞ-la birbaşa təmaslara ehtiyac görmür”

Xatibzadə, həmçinin, qeyd edib ki, İran və ABŞ-ın yenidən danışıqlar apara biləcəyi, rəsmi Vaşinqtonun razılaşmaya əməl edib-etməyəcəyinə bağlıdır

“İranın nüvə anlaşması ilə bağlı Vyanada keçirilən müşavirələr göstərdi ki, bu istiqamətdə irəliləyiş mümkündür, lakin Tehran yenə də ABŞ-la birbaşa təmaslara ehtiyac görmür.

Aznews.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə CNN-ə verdiyi müsahibəsində deyib.

İranlı diplomat bildirib ki, Vyanada düzgün istiqamətdə addımlar atıldı: “Vyanadakı məsləhətləşmələr irəliləmənin mümkün olduğunu göstərdi. Lakin vəziyyət hazırda asan deyil. Görünən budur ki, ABŞ-ın hazırkı rəhbərliyində Prezident Trampın sanksiyalarına daha çox bağlı olanlar var. Mənim fikrimcə, bu siyasi qərarı prezident Bayden verməlidir”.

Xatibzadə, həmçinin, qeyd edib ki, İran və ABŞ-ın yenidən danışıqlar apara biləcəyi, rəsmi Vaşinqtonun razılaşmaya əməl edib-etməyəcəyinə bağlıdır.

Aznews.az