İran yeni orta mənzilli ballistik raketini təqdim edib

İran 2000 kilometr mənzilli yeni ballistik raketini nümayiş etdirib.

Aznews.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, yüksək rütbəli hərbçilərin iştirakı ilə keçirilən proqramla paytaxt Tehranda Hayber (Hürrəmşəhr-4) adlı orta mənzilli ballistik raket təqdim edilib.

Qurudan quruya 2 min kilometr məsafəyə malik olan maye yanacaqla işləyən ballistik raket “Xeyber” 1500 kiloqram döyüş başlığı daşıya bilir.

Dövlət televiziyası raketin buraxılması və sonra hədəfi vurması görüntülərini də nümayiş etdirib.

Mərasimdə iştirak edən müdafiə naziri Məhəmməd Rza Aştiani, sözügedən ballistik raketin ölkəsinin inkişaf etdirdiyi Hürrəmşəhr raket ailəsindən olduğunu bildirib.

Aştiani bildirib ki, raket çox yüksək dağıdıcı gücə malikdir və müxtəlif döyüş başlıqları daşımağa qadirdir.

Mövsüm