6 uşaq atasının intihar məktubu

Bu gün səhər saatlarında Bakının Nərimanov rayonunda geniş ailəsi olan 57 yaşlı kişi həyatından bezdiyi üçün intihar edib. Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsindən anspress-ə verilən məlumata görə, Məlik Məmmədov 17 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında 1956-cı il təvəllüdlü Zabir İltifat oğlu Tundayev özünü asıb. Hadisə binanın 13-cü mərtəbəsinin dəhlizində baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Meyidin üzərinə baxış keçirilərkən, onun cibindən məktub çıxıb. "Həyatımdan bezmişəm. Problemlərimi həll edə bilmirəm", - deyə məktubda qeyd olunub.

Onun geniş ailəsi olduğu bildirilir. Mərhum 4 qız, 2 oğul sahibidir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az