Baş redaktorun arvadının qətli ilə bağlı cinayət işi açıldı - Yeniləndi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun həyat yoldaşının qətlə yetirilməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi açılıb. Bu barədə Trend-ə Abşeron rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılır.


***
17:41
Bir neçə saat öncə Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Bir qrup naməlum şəxs Azərbaycan Həmkarlar Konfederasiyasının sədr müavini Aqil Dadaşovun Hökməli qəsəbəsindəki evinə silahlı basqın ediblər. Bu barədə məlumat verən Vesti.az saytı onu da vurğulayır ki, "çağrılmamış qonaqlar"ın basqını zamanı A. Dadaşov özü evdə olmayıb və onları ev sahibinin həyat yoldaşı Elmira Xəlilqızı qarşılayıb. Basqınçılar E. Xəlilqızının ürəyinə bir neçə bıçaq zərbəsi endiriblər. O, hadisə yerindəcə keçinib. İlkin məlumata əsasən, qatillər A. Dadaşovun evinə oğurluğa gəliblərmiş və onları kiminsə qarşılaya biləcəyini ağıllarına belə gətirməyiblər.

Xatırladaq ki, A. Dadaşov jurnalistdir. Uzun illər "Bakı" – "Baku" qəzetlərində çalışıb, "Ülfət" qəzetinin baş redaktoru olub./qafqazinfo/

AzNews.az